Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Ədliyyə Nazirliyi etnik azlıqlara qanunların tərcüməsi və ana dillərində təlim kursları təklif edir

417
Ədliyyə Nazirliyi etnik azlıqlara qanunların tərcüməsi və ana dillərində təlim kursları təklif edir
Dinləmək üçün basın

Ədliyyə Nazirliyi etnik azlıqlara qanunların tərcüməsi və ana dillərində təlim kursları təklif edir.

Ədliyyə Nazirliyi etnik azlıqlara qanunların tərcüməsi və ana dillərində təlim kursları təklif edir.

InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. 

Ədliyyə Nazirliyindən verilən məlumata görə, agentliyin prioritet istiqamətlərindən biri qanunvericiliyə əlçatanlığın artırılması və hüquqi maarifləndirmənin təşviqidir.

"Bu məqsədlə  azlıqların dillərinə tərcümə edilmiş qanunvericiliyin bütün maraqlı şəxslər üçün saytda yerləşdirilməsi və əlçatanlığı təmin ediləcək. Onlayn platforma artıq
abxaz, osetin, azərbaycan və erməni dillərinə tərcümə edilmiş onlarla hüquqi aktları təqdim edir. 

 “Ədliyyə Təlim Mərkəzi” etnik azlıqlara Gürcüstandan qanunvericiliyi üzrə təlim kursu təklif edir ki, bu kurs çərçivəsində əhali gürcü dili ilə yanaşı hüquqi terminologiyanın əsaslarını da pulsuz öyrənəcək.

Marneuli Ədliyyə Evində keçirilən iclasa ədliyyə nazirinin müavini Tornike Çeişvili, Qanunvericilik Elçisinin sədri Natia Çirikaşvili və Ədliyyə Tədris Mərkəzinin direktoru Vaxtanq Jvaniya sədrlik edib. İclas çərçivəsində əhalidən digər ehtiyaclar barədə də məlumat alıblar.

Qeyd olunan məlumatları nəzərə alaraq, Ədliyyə Nazirliyi öz səlahiyyətləri çərçivəsində gələcəkdə də etnik azlıqlara müxtəlif layihələr və xidmətlər təklif edəcək”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →