24 
Mar
2023
14:27
301

"Ölkəmiz ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir" - İrakli Ğaribaşvili

"Hökumətimiz bu gün ölkədə sülhün və sabitliyin qorunması üçün əlindən gələni edir".

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili bu barədə parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Hökumət başçısının sözlərinə görə, son iki ildə ölkədə ikirəqəmli iqtisadi artım müşahidə olunub və ümumi daxili məhsul təxminən 30 milyard lari artıb.

“Əziz dostlar, demək istəyirəm ki, hökumətimiz bu gün ölkədə sülhün və sabitliyin qorunması üçün əlindən gələni edir. Bu gün ölkəmiz ən sürətlə inkişaf edən iqtisadiyyata  malikdir. Biz son iki ildə ikirəqəmli iqtisadi artım əldə etmişik. İqtisadiyyatımızı təxminən 30 milyard lari artırdıq. Adambaşına artıq 8 min dollardır, bu il istənilən halda belə olacaq. 

Sülh, sabitlik qorunub saxlanılır və təbii ki, sabitliyin pozulmasına imkan verməyəcəyik. Bunlar xanım Teona Akubardia və sualların müəlliflərinin düşünməli olduğu məsələlərdir. Onların mövqeyini, ölkə daxilində fəaliyyət göstərən dağıdıcı beşinci kolonun radikal ekstremist fəaliyyətini necə qiymətləndirdiklərini və bunu ölkəmizin milli təhlükəsizliyinə təhdid adlandırıb-adlandırmadıqlarını bilmək istəyirəm”, - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər