Mdinaradze Saakaşvilinin bəyanatına münasibət bildirdi - "Saakaşvilini kofe qaynatmağa işə götürüblər"
"Saakaşvilini kofe qaynatmağa işə götürüblər" zarafatına" məsələ böyütdülər". Lakin Saakaşvili də ozünün rəsmi ictimai məmur olmadığını təsdiq etdi.
InterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri Mamuka Mdinaradze deyib.
O, bununla bərabər həyatını itirmiş Qiorqi Şakaraşvilinin işi ilə əlaqəli Saakaşvilin açıqlamasına cavab verdi.
Onun qeyd etdiyinə görə Saakaşvili bu məsələni öz partiyasının məqsədləri üçün istifadə edir.
"Təəssüfedicidir ki, böyük faciə olan Şakaraşvilinin ölümü ilə əlaqəli istintaq gedir. Real olaraq istintaqın əsas marağı bu işlə əlaqəli bütün gerçəklər üzə çıxsın. İstintaqın başqa marağı yoxdur. İstintaqa imkan vermək əvəzinə ictimaiyyətə yanlışlıqlar ötürülür. İnsanın ölümündən partiyalar istifadə etməməlidir. Neçə gündür partiya televiziyalarına yalvarırıq ki, bundan istifadə etməsinlər.
Saakaşviliyə gəldikdə isə, vaxtında zarafatla deyirdim ki, təşəkkür edirəm Ukraynaya ki, Saakaşvilini rəsmi nümayəndə yox qəhvə qaynatmaq üçün işə alıb məsələni böyütdülər. Dünən kişi mənim bu zarafatımı təsdiqlədi. "Mən Ukraynanın rəsmi dövlət məmur deyiləm və nə istəsəm deyə bilərəm" dedi. Bunu özü təsdiq edir ki, o zaman qəhvə hazırlayana piar kampaniya idi" - dedi Mdinaradze.
Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin bildirdiyinə görə, Qiorqi Şakaraşvilinin işini ört basdır etmək üçün hamı cəlb olunub. O, bunu sosiyal şəbəkədə gənclərlə video görüntülü danışarkən qeyd edib.