23 
Mar
2023
22:54
974

Öncə xəsarət yetirib daha sonra isə yandırıb- Tbilisidə dəhşətli qətl

Gürcüstan Prokurorluğu Tbilisidə Muxianidə bir nəfərə qarşı ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə faktı üzrə ittiham aktı açıb.

InterPress.ge xəbər verir ki, Prokurorluğun məlumatına görə, qurum təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq tədbirləri ilə müəyyən edilib ki, martın 22-də Tbilisinin Muxiani qəsəbəsində təqsirləndirilən şəxs mübahisə zəminində zərərçəkmişə bıçaqla bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər yetirib, sonra benzin tökərək yandırıb. Cinayəti törətdikdən sonra təqsirləndirilən şəxs hadisə yerindən qaçıb. Aldıqları xəsarətlər nəticəsində zərərçəkən yerindəcə keçinib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayəti törədən şəxsi elə həmin gün yaxalayıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutan “M” (qəsdən adam öldürmə, xüsusi amansızlıqla törədildikdə) bəndi ilə ittiham edilib”, - prokurorluqdan bildiriblər.

Bizimlə əlaqə saxlayın