23 
Mar
2023
11:33
262

Gürcüstan-Türkiyə dövlət sərhədini qanunsuz keçməyə çalışan şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşları “Sarp” sərhəd sektorunun mühafizə bölməsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 4 xarici ölkə vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib. 

Türkiyə Respublikasının 2 vətəndaşı: 1977-ci il təvəllüdlü N.A. və 2000-ci il təvəllüdlü İ.E. qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhddə ittiham olunurlar.

Tunis Respublikasının 2 vətəndaşına - 2002-ci il təvəllüdlü A.B. və 1978-ci il təvəllüdlü A.M-ə gəlincə, onlar qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə ittiham edilərək saxlanılıblar. 

Cinayətlərə görə 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

İstintaq müəyyən edib ki, Türkiyə Respublikası vətəndaşları Gürcüstandan Türkiyə Respublikası istiqamətində Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.

Tunis Respublikasının vətəndaşları qrup halında sərhəd-nəzarət məntəqəsindən yan keçərək Gürcüstan-Türkiyə dövlət sərhədini qanunsuz keçiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “a” yarımbəndi və 344-cü maddənin ikinci hissəsinin “a” yarımbəndi ilə davam etdirilir.
 

Bizimlə əlaqə saxlayın