Polis Tbilisidə və regionlarda qanunsuz odlu silah və sursatlar müsadirə edib
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son vaxtlar həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Tbilisi və bölgələrdə qanunsuz odlu silah-sursat götürülüb, 10 nəfər saxlanılıb, 2 nəfər ifşa edilib.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Tbilisi Polis Departamentinin Baş İstintaq Bölməsinin və Baş Dedektivlər Bölməsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda əvvəllər məhkum olunmuş 2 nəfər - 1984-cü il təvəllüdlü Q.U. və 1984-cü il təvəllüdlü U.Ç. Tbilisidə saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimin hökmü əsasında Q.U.-nun yaşadığı ünvanda apardıqları axtarış nəticəsində 1 ədəd odlu silah, ağızlıq və 3 ədəd patronu sübut kimi götürüblər. U.Ç-nin şəxsi və avtomobilinə baxış nəticəsində 1 ədəd tüfəng, 29 ədəd patron və narkotik vasitə maddi sübut kimi götürülüb.
Tbilisi Polis Departamentinin Vake-Saburtalo baş bölməsinin əməkdaşları 1991-ci il təvəllüdlü N.N., 1970-ci il təvəllüdlü A.A. və əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü A.M.-ni müxtəlif vaxtlarda saxlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Tbilisi şəhərində N.N.-nin üzərində şəxsi axtarış nəticəsində maddi sübut kimi 1 ədəd odlu silah, ağızlıq və 4 ədəd patron götürülüb, A.A-nın mənzilinə baxış zamanı isə 1 ədəd odlu silah, ağızlıq və 2 ədəd patron götürülüb. Polis A.M.-nin yaşadığı ünvana baxış nəticəsində 1 ədəd odlu silah, 8 ədəd patron və narkotik vasitə götürüb.
Sameqrelo Zemo-Svaneti Polis Departamentinin əməkdaşları iki nəfəri qanunsuz olaraq odlu silah əldə etmək, saxlamaq və gəzdirməkdə ittiham ediblər: 1973-cü il təvəllüdlü Z.K. və 1995-ci il təvəllüdlü V.B. İki nəfər - 1990-cı il təvəllüdlü D.A. və 1963-cü il təvəllüdlü V.A. isə ifşa edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların yaşadıqları yerdə və iş yerlərində aparılan axtarışlar nəticəsində müxtəlif növ odlu silah və döyüş sursatları: avtomat, revolver, tapança, 6 ədəd tüfəng 18 patron və 2 ədəd ağızlıq aşkar ediblər.
Mtsxeta-Mtianeti Polis Departamentinin Tianeti rayon bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmək və saxlamaq ittihamı ilə 1974-cü il təvəllüdlü M.Ç. saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin evinə baxış zamanı maddi sübut kimi oradan “AKS” markalı avtomat odlu silah, ağızlıq və 30 ədəd patron götürüblər.
İmereti, Raça-Leçxumi və Kvemo Svaneti Polis Departamentinin Oni rayon şöbəsinin əməkdaşları 1987-ci il təvəllüdlü İ.B.-ni saxlayıblar. Polis təqsirləndirilən şəxsin evinə baxış keçirərkən sübut qismində avtomat silah və ağızlıq götürüb.
Quriya Polis Departamentinin Ozurqeti rayon şöbəsinin əməkdaşları, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Q.Ç. -ni qanunsuz olaraq odlu silah-sursat almaq və saxlamaq ittihamı ilə saxlayıblar. Saxlanılan şəxsin evinə baxış zamanı maddi sübut kimi 1 ədəd tapança və patron götürülüb.
Cinayətlər 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyri-qanuni olaraq odlu silah və döyüş sursatı əldə etmə-saxlama-daşıma və narkotik vasitələrin qanunsuz alınması və saxlanması faktları üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri, habelə 260-cı maddəsi ilə aparılır.


