Saxta 20 larilik əskinaslar satan şəxs saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində saxta pul satmaq faktı üzrə bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı İstintaq Xidməti yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs qanunsuz maddi səmərə əldə etmək məqsədilə Tbilisi şəhərində yerləşən müxtəlif ticarət obyektlərində sistematik olaraq 20 larilik saxta əskinaslar satıb.
Məlumata görə, təqsirləndirilən şəxs 185 ədəd saxta 20 larilik əskinas satıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin birinci hissəsi ilə aparılır. Həmçinin qeyd olunan cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində müvafiq tədbirlər görülür.


