13 
Fev
2020
14:11
733

Mamuka Mdinaradze: "Qiorqi Gaxaria İntensiv şəkildə işləyir və çox iş görür"

"Qiorqi Qaxaria intensiv şəkildə işləyir".

İnterPress.ge xəbər verir ki, bu barədə Parlament çoxluğunun lideri Mamuka Mdinaradze bildirib.

Mamuka Mdinaradze baş nazir Qiorqi Qaxarianın vəzifəsini tərk etməsi ilə bağlı yayılan xəbərləri qeyri ciddi hesab edir.

Onun jurnalistlərə verdiyi açıqlamasına görə, Qiorqi Qaxaria intensiv şəkildə işləyir.

"İnsan bir neçə gün görünmədikdə sual verirsiniz ki, haradadır. Bu insan intensiv şəkildə çalışır və bir çox iş görür. Mən də bir həftə görünməsəm yəqin ki sual verəcəksiniz ki Mamuka Mdinaradze haradadır? Hamımız buradayıq, işləyirik, işlər görürük, sizdən başqa bir çox işlərimiz var. Media ilə əlaqə önəmlidir lakin kulislərdə də çox işlər görülür, kabinetlərdə, əhali ilə görüşlər zamanı qanunlar üzərində çalışırıq. Bu insan icraçı funksiyaya rəhbərlik edir və gəlin bu mövqeyə sekulyar yanaşmayaq" - dedi Mdinaradze.

Bizimlə əlaqə saxlayın