22 
Mar
2023
14:37
707

Tələbələr genişmiqyaslı aksiyalar elan etdilər

Tələbələr “Qorxmuruq” adı altında genişmiqyaslı aksiyalar elan edirlər. 

InterPress.ge xəbər verir ki, aksiyada iştirak edən gənclərin sözlərinə görə, 7-8 mart nümayişindən sonra polis onları qorxutmaq üçün tələbə evinə göndərilib və şəxsi məlumatlarını tələb edib.

“Biz tələbələr itaətsizlik elan edirik. Bu gün də daxil olmaqla aksiyalar keçiriləcək, bir sıra aksiyalar nəzərdə tutulur. Martın 31-də də aksiya keçiriləcək. İlk günlərdən hökumət qüvvələri, o cümlədən bəzi dövlət KİV-ləri tələbələri qaralamaq, onlara hansısa təhqiramiz adlar qoymaq üçün fəal iştirak edirlər, amma cəmiyyətimiz bunu qəbul etmir", - Tbilisi Dövlət Universitetinin tələbəsi Laşa Kvlividze deyib.

Digər tələbə Niko Manaqadzenin fikrincə, tələbələrin səsinin hökumətə çatdırması vacibdir.

"Hakimiyyət gənclərdə və xüsusilə tələbələrdə təhlükəni gördükdən sonra tələbələrə qarşı təzyiqləri gücləndirmək qərarına gəlib, o cümlədən tələbə yataqxanasına gələrək konkret məlumat tələb etdilər. Bu, yəqin ki, onlar üçün bir növ hədə-qorxu effekti yaradıb və buna görə də bu gün Tbilisi Dövlət Universitetinin bütün tələbələrinin öz mövqeyini bildirməsi vacibdir”, – tələbə Niko Manaqadze bildirib.

Tələbələrin ilk aksiyası bu gün saat 14:00-da Tbilisi Dövlət Universitetinin həyətində baş tutacaq.

Məlumat üçün bildirək ki, polis şənbə günü aksiyalarda iştirak edən tələbələrin yataqxanasına daxil olub.

Bizimlə əlaqə saxlayın