22 
Mar
2023
14:27
1889

Gürcüstan ərazisinə bütün ölkələrdən idxalı qadağan olunmuş bitkilərin gətirilməsi faktı aşkar edilib

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin Sanitar, Fitosanitar və Baytarlıq Nəzarəti Şöbəsinin əməkdaşları tərəfindən “Kazbeqi” gömrük-keçid məntəqəsində xarici ölkələrdən gətirilən 129,1 ton kartofun yoxlanılması nəticəsində məhsulda bitki sağlamlığı və qida təhlükəsizliyi tələblərinə uyğunsuzluq aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gəlirlər Xidməti məlumat yayıb. 

Gürcüstan hökumətinin 463 saylı qərarına əsasən, qeyd olunan mallar ixrac edən ölkəyə qaytarılmalı olub.

“Fitosanitar sərhəd-karantin nəzarəti çərçivəsində “Sarp” gömrük-keçid məntəqəsində Gürcüstan ərazisinə bütün ölkələrdən idxalı qadağan olunmuş diri bitkilərin gətirilməsi faktı aşkar edilib.

Gürcüstan hökumətinin 463 saylı qərarına əsasən, sözügedən bitkilər məhv edilməli olub”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın