22 
Mar
2023
12:34
1264

Martın 27-dək Gürcüstanda hava necə olacaq? - PROQNOZ

Gürcüstanın bəzi rayonlarında martın 27-dək yağıntılı hava şəraiti davam edəcək. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Məlumata görə, düzənliklərdə və aran bölgələrində gündüz 15, 20 dərəcə isti olacaq, martın 26-da 3-5 dərəcə yüksələcək.

Paytaxta gəlincə, Tbilisidə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, havanın temperaturu gün ərzində +19, +21 dərəcə təşkil edəcək.
 

Bizimlə əlaqə saxlayın