22 
Mar
2023
10:53
1193

Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 150 000 lari mənimsəyən şəxslər saxlanıldı

Tbilisidə külli miqdarda pulu qrup halında mənimsəmək ittihamı ilə 2 nəfər - 1992-cil il təvəllüdlü R.X. və 1983-cü il təvəllüdlü C.X. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İstintaq müəyyən edib ki, şirkətlərin birində mühasib işləyən R.X., qardaşı - C.X. ilə əlbir olaraq iş yerinin pullarını mənimsəməyi planlaşdırıb və hücum təşkil etməklə qanunsuz olaraq 150.000 lari ələ keçirib", - qurumun bəyanatında deyilir.

Qanunsuz mənimsənilən pul sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci hissəsinin “a” və “d” yarımbəndləri, habelə 3-cü hissəsinin “b” yarımbəndi ilə aparılır ki, bu da qrup tərəfindən öz vəzifə səlahiyyətlərindən istifadə edərək qabaqcadan razılaşma ilə külli miqdarda pulun mənimsənilməsini nəzərdə tutur.

Cinayət 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın