21 
Mar
2023
12:13
388

Baş nazir Marneulidə ağsaqqallarla görüşüb

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Marneuli çay evində ağsaqqallarla görüşüb.

InterPress.ge xəbər verir ki, görüşdə hökumət başçısı ağsaqqalları Novruz bayramı münasibətilə təbrik edib, gürcü-Azərbaycan xalqının xüsusi dostluq münasibətlərindən danışıb.

Barışıq və bərabərlik üzrə dövlət naziri Tea Axvlediani, Hökumət Administrasiyasının Regionlarla Əlaqələr Departamentinin rəhbəri Leri Barnabişvili, Kvemo Kartli qubernatoru Giorgi Doxturişvili, Marneuli meri Kənan Ömərov, Marneuli Şəhər Şurasının sədri Amiran Giorgadze və Azərbaycan səfiri Faiq Quliyev, deputatlar Savalan Mirzəyev, Zaur Darğallı  və “Sokar” şirkətinin Gürcüstan nümayəndəliyinin prezidenti Mahir Məmmədov də görüşdə iştirak edib.

Məlumatı hökumət administrasiyası yayıb.

Bizimlə əlaqə saxlayın