19 
Mar
2023
21:55
192

Rustavidə Metallurgiya zavodunun işçiləri aksiya keçirir

Rustavidə “Geosteel” metallurgiya müəssisəsinin 400-ə yaxın işçisi fəaliyyətlərini dayandırıb. Müəssisənin işçiləri azaldılmış əmək haqqının artırılmasını, iş vaxtından artıq iş saatlarının ödənilməsini və əmək hüquqlarının müdafiəsini tələb edirlər.

İnterPress.ge xəbər verir ki, işlərini dayandıran işçilər hüquq müdafiəçisi ilə birlikdə müəssisənin inzibati binasına toplaşaraq rəhbərliklə görüş tələb ediblər.

Onların sözlərinə görə, rəhbərlik tərəfindən onların əmək hüquqları kobud şəkildə pozulduğundan və heç bir səbəb göstərilmədən maaşları azaldıldığı üçün fabrikdə istehsal prosesi hazırda dayandırılıb.

Aksiya iştirakçılarının sözlərinə görə, müəssisə rəhbərliyindən onlarla ünsiyyətə çıxan yoxdur. Müəssisənin mühafizəçiləri iddia edirlər ki, inzibati binada rəhbərlikdən heç kim yoxdur.

Bizimlə əlaqə saxlayın