18 
Mar
2023
16:06
287

Cozef Borel Putinin həbsinə order verilməsi ilə bağlı: "Bu başlanğıcdır"

"Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Putinin həbsinə order verilməsi beynəlxalq ədalətin mühüm qərarıdır".

InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı, Cozef Borel deyib.

Borelin dediyinə görə, orderin verilməsi “yalnız başlanğıcdır”.

“Bu, beynəlxalq ədalətin mühüm qərarıdır. Bu, Ukrayna xalqı üçün mühüm qərardır. Biz həmişə açıq-aydın bəyan edirdik ki, Ukraynaya qarşı qanunsuz aqressiyaya görə məsuliyyət daşıyanlar cəzalandırılmalıdır”. – Borel bəyan edib.

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti, Vladimir Putin və Rusiya Federasiyası prezidentinin uşaqlar üzrə səlahiyyətli nümayəndəsi, Mariya Lvova Belovanın həbsinə orderi dünən verib. Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinin qərarına əsasən, Rusiya prezidenti Ukraynada hərbi cinayətlər törətməkdə şübhəli bilinir.

Bizimlə əlaqə saxlayın