17 
Mar
2023
13:49
8102

Müəllimlərin sertifikat imtahanına qeydiyyat müddəti açıqlandı

Müəllimlərin sertifikat imtahanına qeydiyyat müddəti açıqlanıb.

InterPressge xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat verib.

Bildirilib ki, müəllimlərin fənn imtahanlara qeydiyyat 20 mart saat 10:00-dan başlayacaq və aprelin 3-ü saat 18:00-dək davam edəcək. Qeyd olunan qeydiyyat müddəti xüsusi müəllimlərə də şamil edilir.

Qeydiyyat yalnız elektron şəkildə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge qeydiyyat səhifəsində aparılır.

Fənn imtahanında iştirak məhdud deyil və aşağıdakı fənlərdən imtahan vermək mümkündür:
gürcü dili və ədəbiyyatı (ibtidai səviyyə);
Riyaziyyat (ibtidai səviyyə);
təbiətşünaslıq (ibtidai səviyyə);
gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV siniflər);
gürcü dili və ədəbiyyatı (əsas və/və ya orta səviyyə);
Qeyri-gürcü dilli məktəblər və sektorlar üçün gürcü dili (ibtidai, əsas və/və ya orta səviyyə);
Riyaziyyat (əsas və/və ya orta səviyyə);
Sosial elmlər (əsas və/və ya orta səviyyə): tarix, coğrafiya, vətəndaşlıq təhsili;
Təbiət elmləri (əsas və/və ya orta səviyyə): fizika, kimya, biologiya;
Xarici dillər (ibtidai, əsas və/və ya orta səviyyə): İngilis, Alman, Fransız, Rus;
Estetik tərbiyə fənnləri: təsviri və tətbiqi incəsənət, musiqi, idman;
informasiya və kommunikasiya texnologiyaları/kompüter texnologiyaları;
Erməni və ya Azərbaycan dili.

Bütün arzu edənlər yalnız bir fənni, həmçinin arzu etdikdə baş xüsusi müəllimin imtahanını seçmək hüququna malikdirlər.

Təcrübəçi müəllimlərin nəzərinə: Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin 2023-cü ildə təşkil etdiyi fənn imtahanında yalnız azərbaycan və erməni dilləri üzrə təcrübəçi müəllim statusuna malik müəllimlər, eləcə də xüsusi müəllimlər təcrübəçi müəllim kimi qeydiyyatdan keçmək hüququna malikdirlər. Onlar üçün qeydiyyat pulsuzdur.

İmtahan verən şəxs “Ümumi təhsil haqqında” Gürcüstan Qanununun müəllim təhsili ilə bağlı müəyyən etdiyi tələblərə cavab vermədikdə, imtahanda əldə etdiyi nəticələrdən müəllim fəaliyyətinin məqsədləri üçün istifadə edə bilməz.

Bizimlə əlaqə saxlayın