17 
Mar
2023
11:34
892

Gürcüstanda orta aylıq əmək haqqı 1773 lariyə qədər artıb

2022-ci ilin 4-cü rübündə Gürcüstanda orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz (309,9 lari) artaraq 1773,7 lari təşkil edib. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Məlumata görə, fəaliyyət növlərinə görə aşağıdakı sahələrdə nisbətən yüksək maaşlar qeydə alınıb:

İnformasiya və rabitə - 3 672,6 lari (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61,8 faiz artıb);

Maliyyə və sığorta fəaliyyəti - 2 726,7 lari (12,1 faiz artıb);

Tikinti - 2 535,8 lari (14,8 faiz artıb);

Peşə, elmi və texniki fəaliyyət - 2 455,1 lari (15,1 faiz artıb).

“2022-ci ilin 4-cü rübündə qadınların orta əmək haqqı 1411,7 lari, kişilərin isə 2123,2 lari müəyyən edilib. Əmək haqqının illik artımı qadınlarda 258,0 lari (22,4%), kişilərdə isə 355,3 lari (20,1%) təşkil edib. Fəaliyyət növlərinə görə, demək olar ki, bütün sahələrdə kişilərin əmək haqqı qadınların maaşından yüksək olub.

2022-ci ilin 4-cü rübündə sahibkarlıq sektorunda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 313,2 lari (19,6%) artaraq 1911,1 lari təşkil edib. Fəaliyyət növlərinə görə ən yüksək əmək haqqı informasiya və rabitə (3 773,6 lari, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64,7 faiz artıb), o cümlədən incəsənət, əyləncə və istirahət (2 959,1 lari, 18,3 faiz artıb)sahələrində qeydə alınıb. 

2022-ci ilin 4-cü rübündə qeyri-sahibkarlıq və maliyyə sektorunda orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 272,4 lari (21,8%) artaraq 1 523,0 lari təşkil edib. Fəaliyyət növünə görə maliyyə və sığorta fəaliyyətində çalışanlar nisbətən yüksək orta əmək haqqına malikdirlər. Tbilisi və Mtsxeta-Mtianeti regionları orta əmək haqqının həcminə görə regionlarda liderdir”, - deyə “Sakstat”ın məlumatında bildirilib.

Bizimlə əlaqə saxlayın