16 
Mar
2023
14:54
209

"Air Moldova" Gürcüstan və Moldova arasında uçuşların tezliyini artırır

Bu ilin yay naviqasiya mövsümündən Moldovanın "Air Moldova" aviaşirkəti Tbilisi Beynəlxalq Hava Limanına uçuşların intensivliyini artırır və müntəzəm Kişinyov - Batumi - Kişinyov marşrutu əlavə edir.

InterPress.ge xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyi bu il martın 15-də aviaşirkətə müntəzəm hava hərəkəti üçün lazımi icazələri verib.

Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi uçuş cədvəllərinə uyğun olaraq, martın 26-dan oktyabrın sonunadək Kişinyov-Tbilisi-Kişinyov hava xətti ilə müntəzəm hava hərəkəti hər gün həyata keçiriləcək. Hazırda aviaşirkət sözügedən istiqamətdə həftədə 4 tezliklə uçuşlar həyata keçirir. Yeni istiqamətə gəlincə, Kişinyov - Batumi - Kişinyov hava xətti üzrə müntəzəm uçuş martın 26-dan oktyabrın 27-dək həftədə 3 tezlikdə, hər çərşənbə axşamı, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Air Moldova Gürcüstanın aviasiya bazarına 2022-ci ildə daxil olub.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər