15 
Mar
2023
10:39
150

"ABŞ və onun "peykləri" Moldova və Gürcüstanda Rusiya ilə gərginlik ocaqları yaratmağa çalışır" - Qruşko

"Amerika və onun “peykləri” Moldova və Gürcüstanda Rusiya ilə geosiyasi qarşıdurma üçün gərginlik ocaqları yaratmağa çalışırlar".

InterPress.ge xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib. 

O deyib ki, guya Qərb Gürcüstanı müharibəyə cəlb etmək və burada ikinci cəbhə açmaq istəyir.

"Gürcüstan və Moldovanın vəziyyətindən narahatıq, çünki bunlar Amerikadan uzaq olan ölkələrdir və Amerika onlara nə edib, nə etməmək lazım olduğunu diktə etməyə çalışır. Onlar bizim qonşularımızdır və biz görürük ki, Birləşmiş Ştatlar öz peykləri ilə sərhədlərimizin yaxınlığında getdikcə daha çox gərginlik ocaqları yaratmaq üçün işləyir və bu ərazilərdə hətta coğrafi səbəblərə görə əsas olan bir növ geosiyasi rəqabət təşkil etməyə çalışır”, - Qruşko bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Moldovada baş verən proseslər Qərb dövlətlərinin “neokolonial münasibətini” əks etdirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər