14 
Mar
2023
15:22
759

Gömrükdə bəyan edilməmiş 1,3 milyon lari gətirmək faktı aşkarlanıb

Sarpda külli miqdarda bəyan olunmamış pul gətirmək cəhdi aşkarlanıb. 

InterPress.ge xəbər verir ki, məlumatı Gəlirlər Xidməti yayıb.

Məlumata görə, 2023-cü il yanvarın 1-dən martın 10-dək “Sarp” gömrük-keçid məntəqəsində Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük əməkdaşları tərəfindən şübhə əsasında müxtəlif ölkə vətəndaşlarının həm fiziki yoxlanılması, həm də çantalarına baxış nəticəsində bəyan edilməmiş 224 453 ABŞ dolları, 11 885 avro, 200 000 İsveçrə frankı, 79 500 rus rublu, 4 200 türk lirəsi və 723 300 (lirə) qiymətli kağızlar aşkar edilib.

“Milli Bankın məzənnəsinə əsasən bəyan edilməmiş pulun ümumi məbləği 1 304 230,79 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin birinci və ikinci hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya kimi ümumilikdə 36 min lari məbləğində cərimələnib.

Bundan əlavə, həmin maddənin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan digər vətəndaşlar sanksiya şəklində 24 224,78 lari (məbləğin 10 faizi) məbləğində cərimə edilib, bir halda isə bəyan edilməli olan məbləğ tamamilə müsadirə edilib, vətəndaşa sanksiya qismində 581 489,76 lari məbləğində cərimə tətbiq edilib", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər