14 
Mar
2023
14:00
1408

Müəllimin peşəkar inkişafı sxemində mühüm dəyişikliklər edildi

Müəllimin peşəkar inkişafı sxemində mühüm dəyişikliklər edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Müəllimlərin karyera yüksəlişini dəstəkləmək üçün Gürcüstanın Təhsil və Elm Nazirliyi müəllimlərin peşəkar inkişafı sisteminin nəzərdən keçirilməsi prosesini davam etdirir ki, bu da müəllimlərin peşəkar inkişafı sxeminin təkmilləşdirilməsini və gücləndirilməsini nəzərdə tutur.

Bu məqsədlə nazirliyin təşəbbüsü ilə müəllimin ixtisasının artırılması və karyera yüksəlişi sxemində mühüm dəyişiklik və yeniliklər tətbiq edilib.

Qeyd olunan dəyişikliklərə uyğun olaraq müəllim statusunun verilməsi sxemində müxtəlif şərtlər müəyyən edilib. Xüsusilə:

1. Fənn imtahanından maksimum nəzərdə tutulan, yəni 10 kredit toplayan müəllimlər birbaşa baş müəllim statusunu alacaqlar (Azərbaycan dili və ədəbiyyat müəllimlərinə aiddir). Gürcü dili üzrə kursların və ya uzunmüddətli treninqlərin keçirilməsi tələb edilməyəcək. 

2. Azərbaycan dili və ədəbiyyat fənnindən 1, 4, 7 kredit toplayanlar peşə bacarıqları ilə bağlı uzunmüddətli treninqləri keçdikdən sonra birbaşa baş müəllim statusu alacaqlar. Əvvəllər peşə bacarıqlarından 1 kredit toplayıblarsa, onlar da baş müəllim statusunu alacaqlar. Gürcü dili üzrə kurslar Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün tələb edilməyəcək. 

3. Bu qərar “təcrübəçi statusu” olan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün 2025-2026-cı tədris ilinin sonuna kimi qüvvədədir. 
 

Bizimlə əlaqə saxlayın