14 
Mar
2023
12:59
2695

Gürcüstanda neçə nəfərin kreditini ödəyə bilmədiyi açıqlandı

Gürcüstanda borcalanların 11,7%-nin borclarının vaxtı keçib ki, bu da o deməkdir ki, onlar kreditlərini ödəyə bilmirlər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat “Kreditinfo”nun 2023-cü ilin fevral statistik məlumatlarında öz əksini tapıb.

226 302 borcalan 30 gündən 3 ilə qədər müddətdir ki, borcunu ödəyə bilmir, müqavilələrin sayı isə 458 149-dur. Ümumilikdə, fevral ayına olan məlumata görə, Gürcüstanda 1 929 435 nəfərin maliyyə sektoruna 39 884 430 835 lari borcu var.

Qeyd edək ki, borcalanların 84%-i bank sektorundan borc götürüb, yəni fevral ayına olan məlumata görə, ümumilikdə 1 621 251 borcalan banklardan 36 387 915 981 lari kredit götürüb. Bankdan borcalanların 8,2%-nin borcunun müddəti ötüb ki, bu da 132 566-dır.

Bundan əlavə, Milli Bank (mikromaliyyə, kredit verən təşkilat) tərəfindən tənzimlənən digər maliyyə institutlarının 743 660 kreditoru var və verilən kreditlərin məbləği 3 026 984 721 lari təşkil edir. Bu maliyyə institutlarından borc götürən 126 273 borcalanının kreditinin vaxtı keçib. 

Daha 22 571 nəfər lizinq, tikinti və digər növ şirkətlərdən 469 530 133 lari kredit alıb. Burada 3872 nəfərin kreditinin vaxtı keçib.

Bizimlə əlaqə saxlayın