14 
Mar
2023
10:30
103

Aİ Ukraynaya müdaxiləyə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini altı ay uzadıb

Avropa İttifaqı Şurası Rusiyaya Ukraynaya müdaxilə etdiyinə görə tətbiq etdiyi sanksiyaları daha 6 ay, 2023-cü il sentyabrın 15-dək uzadıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı Avropa İttifaqı Şurası bəyanat yayıb.

Şuranın yaydığı bəyanatda deyilir ki, sanksiyalar “Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini pozmaqda məsul olanlara” qarşı yönəlib.

Sanksiyalar 1473 fiziki və 205 hüquqi şəxsə şamil edilir. Buraya səyahət məhdudiyyətləri, aktivlərin dondurulması və siyahıda olan fiziki və hüquqi şəxslərin iqtisadi resurslara çıxışına qadağalar daxildir.

“Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini bir daha pisləyib, bu, BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır və Ukraynaya və onun xalqına böyük iztirab və dağıntılar gətirir. Rusiya öz qəddar müharibəsini dərhal dayandırmalıdır”, - Şuranın bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın