Övladlarının gözü qarşısında ov tüfəngindən açdığı atəşlə qonşusunu öldürən şəxsə ömürlük həbs cəzası verilib
Kutaisidə övladlarının gözü qarşısında ov tüfəngindən açdığı atəşlə qonşusunu öldürən şəxsə ömürlük həbs cəzası verilib.
InterPress.ge xəbər verir ki, Baş Prokurorluq bununla bağlı məlumat yayıb.
Qurumun məlumatına görə, hadisə yerində daha bir nəfər də olub ki, o, xüsusilə ağır cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
"Kutaisi Şəhər Məhkəməsi prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək təqsirləndirilən şəxsi ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmədə təqsirli bilib. Həmin hökmlə təqsirləndirilən şəxs də xüsusilə ağır cinayət barədə məlumat verməməkdə təqsirli bilinib.
Məhkəmə prosesində tədqiq edilən dəlillər sübut edib ki, 2022-ci il iyunun 16-da Kutaisidə təqsirləndirilən şəxs münaqişə zamanı övladlarının gözü qarşısında qonşusunu ov tüfəngindən açdığı atəşlə qətlə yetirib.
İstintaq onu da müəyyən edib ki, ikinci təqsirləndirilən şəxs hadisə yerində olub, o, xüsusilə ağır cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.
Kutaisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsləri təqdim olunan ittihamlar üzrə təqsirli bilib və bir nəfəri ömürlük, digərini isə 7 il müddətinə azadlıqdan məhrum edib".


