13 
Mar
2023
12:55
486

Gürcüstanda yanacağın ucuzlaşması gözlənilirmi? - AÇIQLAMA

"Ölkədə valyuta məzənnəsi və beynəlxalq bazarda qiymətlər sabit olarsa, mart ayında yanacağın qiymətində azalma gözlənilir".

InterPress.ge xəbər verir ki, bu barədə Milli Rəqabət Agentliyinin sədri İrakli Lekvinadze açıqlama verib.

Onun sözlərinə görə, yanacağın qiymətləri istiqamətində agentliyin iqtisadi təhlili demək olar ki, yekun mərhələdədir və araşdırmalar başa çatdıqdan sonra qanun pozuntuları açıqlanacaq.

"Yanacağın qiymətləri ilə bağlı araşdırma aparılır. Biz praktiki olaraq yekun mərhələdəyik. Yəni demək olar ki, 2022-ci ilin 8 ayına uyğun olan dövr üçün iqtisadi təhlili başa çatdırmışıq. Həmçinin, hüquqi məsələlərlə bağlı iş aparılır, bu istiqamətdə sonra açıqlama veriləcək.

Gürcüstanın baş naziri ilə görüşdə biz bazarın vəziyyətini müzakirə etdik. Bu gün bazarda vəziyyət belədir: fevral ayında bazarda yanacağın qiymətində xeyli azalma müşahidə olunub, bütün növ yanacağın qiyməti təxminən 30-40 tetri enib. Məzənnə sabit olarsa, beynəlxalq bazarda qiymətlər qorunub-saxlanarsa, mart ayında qiymətlərin enməsini gözləməliyik", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın