14 
Iyl
2020
10:35
601

Bu gün parlamentdə məhdudiyyətlərin tətbiqi ilə bağlı iclas keçiriləcək

Bu gün parlamentdə "İctimai səhiyyə haqqında" qanuna edilən dəyişikliklər müzakirə ediləcək.

InterPress.ge xəbər verir ki, dəyişikliklərə görə hökümət fövqəladə vəziyyət elan edilmədən də müəyyən məhdudiyyətlər tətbiq etmə hüququ 2020-ci ilin sonunadək davam edəcək.

Qanun layihə bu gün səhiyyə komiteti nəzərdən keçirəcək, daha sonra plenar iclasa çıxarılacaq.

Dmitri Xundadze qeyd edir ki, qanunlayihə ilə yalnız onun tarixi dəyişdiriləcək, maddə və prinsip dəyişiklikləri daxil edilmir. Yetərli səs toplandığı təqdirdə birinci oxunuşda qəbul ediləcək.

"Baxmayaraq ki, Gürcüstan Covid-19-la mübarizədə uğurlu nəticələr əldə etdi bütün dünya kimi biz də pandemiya rejimində yaşamalıyıq. Mütəxəssislər çoxluğu təsdiq edir ki, gözlənilən ikinci dalğa üçün dünya ölkələri hazırlaşır. Bəzi ölkələrdə pandemiyanın vəziyyətinin pis olduğu müşahidə edilir. Bundan irəli gələrək düşünürəm ki, digər ölkələr kimi biz də ikinci dalğa üçün hazırlaşmalıyıq. Hökümət krizisi idarə etmək üçün ictimai səhiyyə haqqında qanunu yeni ilədək davam etməlidir ki, hökümət fövqəladə vəziyyət elan edilmədən də müəyyən məhdudiyyətlər tətbiq etməklə krizisi idarə edə bilsin ", - deyə Dmitri Xundadze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər