12 
Mar
2023
12:41
247

Marneulidən olan gənclər üçün müsabiqə elan edilir

“Marneuli gəncləri üçün vətəndaş fəallığının təşviqi” layihəsi çərçivəsində “Vətəndaş fəallığı və onun güclü vətəndaş cəmiyyətinin formalaşmasında əhəmiyyəti” mövzusunda esse müsabiqəsi elan edilir.

InterPress.ge xəbər verir ki, esse müsabiqəsində Marneuli bələdiyyəsində yaşayan 15-25 yaş arası istənilən gənc iştirak edə bilər.

Final mərhələsinə 10 esse keçəcək, onlardan isə 3 ən yaxşı esse seçiləcək. Müsabiqənin qalibləri “Biblus”un 250 lari, 200 lari və 150 lari dəyərində hədiyyə kartları ilə mükafatlandırılacaqlar. Final mərhələsindən keçən bütün iştirakçılar sertifikatla təltif olunacaq. Qalib esselər Marneulinin yerli mətbuatında dərc olunacaq.

Müsabiqənin texniki təfərrüatları:

- Esse gürcü və ya azərbaycan dilində hazırlanmalı, sitatlar və faktlar istifadə edildiyi təqdirdə mənbə qeyd olunmalıdır;

- Plagiat əlamətləri olduğu halda esse müsabiqədən kənarlaşdırılacaq;

- Şrift - Sylfaen, şrift ölçüsü -12, sətirlərarası interval - 1;

- Müsabiqə essesi ən azı 500 sözdən ibarət olmalıdır;

- Müsabiqə materialına müəllifin məlumatları əlavə edilməlidir: ad, soyad, yaş, telefon nömrəsi və təhsil müəssisəsinın adı (varsa)

Sənədin göndərilməsi üçün son tarix 20 mart 2023-cü ildir.

Əsas qiymətləndirmə meyarları mövzuya uyğunluq və mövzunun başa düşülməsi, yazının orijinallığı və səlisliyi olacaq.

Esselər aşağıdakı e-poçt ünvanına göndərilməlidir: [email protected]

E-poçtun mövzu hissəsində “İnşa müsabiqəsi” qeyd etməyiniz xahiş olunur. Əlavə suallarınız olarsa, göstərilən e-poçt ünvanına yaza bilərsiniz.

Müsabiqə Marneuli bələdiyyəsində vətəndaş fəallığının maarifləndirilməsi və gənclərin bu prosesə cəlb olunmasının artırılması məqsədi daşıyan “Marneuli gəncləri üçün vətəndaş fəallığının təşviqi” layihəsi çərçivəsində elan edilir.

Layihə Avropa İttifaqının maliyyəsi ilə CENN tərəfindən həyata keçirilən “Vətəndaş İştirakçılığı Proqramı” layihəsi çərçivəsində həyata keçirilir.

Bizimlə əlaqə saxlayın