09 
Mar
2023
12:18
298

2023-cü ilin yanvar ayında tikinti xərcləri indeksi əvvəlki ayla müqayisədə azalıb

2023-cü ilin yanvar ayında tikinti xərcləri indeksi bir əvvəlki aya görə yüzdə 5,2 azalıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Sakstat məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 5,7 faiz artıb.

“2023-cü ilin yanvar ayında tikinti xərcləri indeksi əvvəlki ayla müqayisədə 5,2 faiz azalıb. Sözügedən dəyişiklik əsasən tikinti sənayesində muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının 23,4 faiz azalması ilə əlaqədar olub ki, bu da ümumi indeks dəyişikliyinə -4,8 faiz bənd töhfə verib.

2022-ci ilin fevral ayı ilə müqayisədə tikinti xərcləri indeksi 5,7 faiz artıb. İndeksin artımına əsasən tikinti materiallarının qiymətlərinin 4,8 faiz bahalaşması səbəb olub ki, bu da ümumi indeksdəki dəyişikliyə 2,73 faiz bənd təsir edib”, - deyə “Sakstat”ın yaydığı məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın