08 
Mar
2023
12:15
355

Kobaxidze: "Bir tərəfdə “Gürcü Arzusu”, digər tərəfdə isə “Milli Hərəkat” və Rusiya dayanıb"

"Bir tərəfdə “Gürcü Arzusu”, digər tərəfdə isə “Milli Hərəkat” və Rusiya dayanıb – biz başdan ayağa dövlətimizin və gürcü cəmiyyətinin maraqlarını qoruyuruq".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze brifinqdə deyib.

Onun sözlərinə görə, “Agentlər haqqında” qanun layihəsi ilə bağlı geniş təbliğat aparılıb və ictimaiyyət çaşdırılıb.

“Biz, əlbəttə ki, bu qanunla bağlı səmimi hissləri olan hər bir insanla həmrəyik. Çox insan aldadıldı, çaşdırıldı. O cümlədən, məzmunla bağlı çoxlu yalanlar yayılıb. Məsələn, tələbələrə bildiriblər ki, xaricdə təhsil almaq üçün maliyyə vəsaiti alsalar, onları xarici təsir agenti elan edəcəklər, bu, tamamilə yalandır. Təbliğat kütləvi idi və bir çox insan aldadıldı! Məsələn, mənim çox hörmət etdiyim xanım Mzekala Şanidze iddia etdi ki, bu qanun layihəsi Gürcüstanda elmin maliyyələşdirilməsini dayandıracaq, bu isə o deməkdir ki, onu aldadıblar, çünki belə bir şey yazılmayıb. Hamınız bilirsiniz ki, bu sənəddə bu yazılmayıb”, - Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər