08 
Mar
2023
11:06
525

Gürcüstanda neçə Rusiya vətəndaşı sahibkar kimi qeydiyyatdan keçib?

Gürcüstanda 16 minə yaxın Rusiya vətəndaşı sahibkar kimi qeydiyyatdan keçib.

InterPress.ge xəbər verir ki, bu, deputat Paata Mancqaladzenin sualına cavab olaraq Ədliyyə Nazirliyinin göndərdiyi məlumatlarda öz əksini tapıb.

Xüsusilə, Sahibkarların və qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxslərin reyestrinin məlumatlarına görə, 24 fevral 2022-ci ildən 8 fevral 2023-cü il tarixədək Gürcüstanda Rusiya Federasiyasının 15 917 vətəndaşı fərdi sahibkar kimi qeydiyyata alınıb. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər