13 
Iyl
2020
20:45
1240

Amiran Qamğrelidzedən qorxunc açıqlama: "Koronavirus hər dəqiqə partlaya bilər"

"Koronavirus hər dəqiqə partlaya bilər buna görə də tövsiyyələr formal olmamalıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

"Bir daha əhaliyə müraciət edirəm ki, koronavirus bitməyib o, bizimlədir. Bu gün 9, dünən və srahagün 5 yeni hal var idi. Hələki virus idarəolunandır. Koronavirus hər dəqiqə partlaya bilər. Bundan irəli gələrək tövsiyyələr formal olmamalıdır. Bu bizim ilk növbədə məsuliyyətimizdir. Hər kəsdən xahiş edirəm maska taxmaq, məsafə saxlamaq, gigiyenaya riayət və tövsiyyələrinə əməl edin", - Amiran Qamğrelidze.

O eləcədə tövsiyyələrə riayət edilməmə və çox sayda pozuntuların olduğunu bildirib.

"Bəzən şəxsin hansı yolla virusa yoluxduğunu müəyyən edə bilmirik. Təəssüflər olsun ki, koronavirus hardasa gəzir. Kimin yoluxma mənbəyi olduğunu bilmirik. Bundan irəli gələrək virus qorxuludur. Əgər biz elementar qaydalara riayət etməsək ona bir neçə gün və ya bir neçə həftə lazımdır ki, 100-lərlə insana yoluxsun. Buna görə də hamıdan xahiş edirəm tövsiyyələrə əməl edək, koronavirusun yayılmasına imkan verməyək. Bu çətin əməl olunası bir şey deyil ", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın