Biznesmeni güllələyən şəxs saxlanıldı
Tbilisidə polis “Formula” televiziyasının həyətində iş adamını yaralamaqda şübhəli bilinən şəxsi saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1976-cı il təvəllüdlü Q.B.-ni qəsdən sağlamlığa ağır zərər vurmaq və qanunsuz olaraq odlu silah almaq-saxlamaq-gəzdirmək ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il martın 6-da odlu silahdan açılan atəşlə 1973-cü il təvəllüdlü A.Q-ya xəsarət yetirib və hadisə yerindən qaçaraq gizlənib.
Cinayət silahı maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci və 236-cı maddəsinin 3-cü və 4-cü maddələrinə əsasən aparılır ki, bu da qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silahın alınması, saxlanması və daşınmasını nəzərdə tutur.
Cinayət 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, - Daxili İşlər Nazirliyi qeyd edib


