07 
Mar
2023
11:38
249

ABŞ dövlət katibinin müavini: "Agentlər" haqqında qanun layihəsi Gürcüstanın Avro-Atlantik istəklərinə töhfə vermir"

"Agentlər" haqqında qanun layihəsi Rusiyanın maraqlarına xidmət edir və Gürcüstanın Avro-Atlantik istəklərinə töhfə vermir".

InterPress.ge xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin müavini Tod Robinson deyib.

"Aydındır ki, bu qanun Gürcüstanın maraqlarına deyil, Rusiyanın maraqlarına əsaslanır. Biz hesab edirik ki, Gürcüstan Avroatlantik məkana inteqrasiya üçün daha fəal işləməlidir. Bu qanun buna xidmət etmir və ən əsası, gürcülərin bu, xoşuna gəlmir. Ona görə də biz Gürcüstan hökuməti ilə yaxın münasibətdə olacağıq ki, bu ölkə Avro-Atlantik inteqrasiya yolunda mühüm addımlar ata bilsin”, - Tod Robinson bildirib.

Qeyd edək ki, Robinson Tbilisidə rəsmi səfərdədir, beynəlxalq konfransın açılışında iştirak edir

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər