07 
Mar
2023
11:14
2183

Milli Qida Agentliyi Kvemo Kartlidə 9 obyekti cərimələyib

Fevral ayında Milli Qida Agentliyi Kvemo Kartlidə 9 obyekti cərimələyib, onlardan birində kritik uyğunsuzluq müşahidə olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Kvemo Kartli Regional Qida Təhlükəsizliyi Departamentinin rəhbəri Miranqula Liparteliani "Info Rustavi" xəbər agentliyinə bildirib.

O, bildirib ki, ət məhsulları müəssisəsində kritik uyğunsuzluq aşkar edilib, buna görə müəssisə 1000 lari məbləğində cərimələnib və yalnız rəhbərlik pozuntuları aradan qaldırdıqdan sonra işi bərpa edib.

Lipartelianinin sözlərinə görə, ikinci cərimə obyekti etiketləmə qaydasının pozulduğu ərzaq mağazasıdır. Mağaza 200 lari məbləğində cərimələnib.

Ümumilikdə, Kvemo Kartlidə 79 obyektdə yoxlamalar, 35-də sənədli yoxlamalar, 6-da nümunə götürmə aparılıb.

Məlumat üçün qeyd edək ki, kritik uyğunsuzluq insan və heyvanların həyatı və sağlamlığı üçün yüksək risk yaradan uyğunsuzluqdur və bu uyğunsuzluq aradan qaldırılana qədər konkret istehsal prosesinin müvəqqəti dayandırılması üçün əsasdır.

Milli Qida Agentliyi qida istehsalında məşğul olan sahibkarlara dövlət nəzarətini davam etdirir.

Qanun pozuntuları aşkar edilərsə, obyektlər 1000 lari məbləğində cərimələnəcək və mövcud şərtlər aradan qaldırılana qədər istehsal prosesi dayandırılacaq.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər