Aksizsiz siqaretin saxlanmasına və satışına görə 47 nəfər məsuliyyətə cəlb edilib
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları tərəfindən 2023-cü ilin fevral ayı ərzində bütün Gürcüstan ərazisində həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində aksiz markası olmayan 45 saxlama-daşıma-satış faktı aşkar edilib, bu faktlara görə 47 nəfər məsuliyyətə cəlb edilib, onlardan 21-i saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.
Qurumdan verilən məlumata görə, həyata keçirilmiş istintaq tədbirləri nəticəsində cinayətin üstü açılan şəxslərdən satış üçün nəzərdə tutulmuş, ümumi bazar dəyəri 226.000 lari olan ümumilikdə 46116 ədəd müxtəlif adda aksizsiz siqaret götürülüb.
Sözügedən cinayət Gürcüstan Cinayət Məcəlləsinin 200-cü maddəsinin birinci, ikinci və üçüncü hissələri ilə 6 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


