Rusiyanın neçə vətəndaşına Gürcüstan vətəndaşlığı verilib?
2022-ci ildə 7860 Rusiya vətəndaşı Gürcüstan vətəndaşlığı üçün müraciət edib.
InterPress.ge xəbər verir ki, sözügedən məlumatı Ədliyyə Nazirliyi parlamentin deputatı Paata Mancqaladzenin sualına cavab olaraq yayıb.
Məlumata görə, Gürcüstan vətəndaşlığı üçün ötən il edilən 7860 müraciətdən 3297-si qəbul edilib. Onlardan 1666 müraciət Gürcüstan vətəndaşlığının müvəqqəti bərpası (keçmiş Gürcüstan vətəndaşı) ilə bağlı olub, 1625 nəfərə isə müstəsna qaydada Gürcüstan vətəndaşlığı verilib.
Bundan əlavə, Nazirliyin rəsmi məlumatlarına görə, ötən il, 2022-ci ildə Rusiya vətəndaşlarının Gürcüstan vətəndaşlığı almaq üçün etdikləri 2638 müraciət rədd edilib; 321 -i müzakirə edilməmiş qalıb; 1 344 müraciətə baxılır; 232 müraciətin nəticəsi hazırlanır; 28 ərizəyə baxılması isə dayandırılıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, 13 fevral 2023-cü il tarixinə olan məlumatlara görə, 473 Rusiya vətəndaşı vətəndaşlıq üçün müraciət edib. Onlardan 421-i baxılır, 321-i Rusiya vətəndaşlarına müstəsna qaydada Gürcüstan vətəndaşlığının verilməsini nəzərdə tutur. Bundan başqa, 41 müraciətə baxılması dayandırılıb, 6 ərizəyə isə nəticə hazırlanma mərhələsindədir.


