Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayır
Dövlət Təhlükəsizliyi Xidməti təhlükəsizlik xidmətinin əməkdaşlarının Gürcüstan parlamentinin binasında olması barədə məlumatı “saxta xəbər” adlandırır.
InterPress.ge xəbər verir ki, bu, DTX-nin bəyanatında qeyd olunub.
“Gürcüstan parlamentində baş verən hadisələrlə eyni vaxtda siyasi qruplar və bəzi KİV-lər guya parlamentin binasında təhlükəsizlik xidmətinin əməkdaşlarının olduğuna dair “saxta xəbərlər” yayırlar. Bəzi siyasətçilər məsuliyyətsiz bəyanatlar verirlər ki, guya parlamentdə Gürcüstan xüsusi xidmət orqanları tərəfindən hansısa zorakılıq baş verir.
Dövlət Təhlükəsizliyi Xidməti tam məsuliyyətlə bəyan edir ki, parlament binasında qeyd olunan hadisələr baş verəndən indiyədək orada xidmətin heç bir əməkdaşı olmayıb.
Siyasi qruplar tərəfindən verilən bəyanatlar tam şəkildə ictimaiyyəti çaşdırmağa və Gürcüstan xüsusi xidmətini gözdən salmağa xidmət edir.
Biz parlamentin ərazisində olan KİV nümayəndələrini təsdiq olunmamış məlumatları yaymaqdan çəkinməyə çağırırıq”, - deyə DTX-nin bəyanatında deyilir.


