06 
Mar
2023
11:52
1091

Əvvəllər məhkum olunmuş şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş Bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində sağlamlığa qəsdən ağır zərər vurma faktı üzrə əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü Q.B. -ni Tbilisidə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs bu il martın 4-də soyuq silahla 1959-cu il təvəllüdlü T.T.-nin bədəninə xəsarətlər yetirib və hadisə yerindən qaçaraq gizlənib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində Q.B.-ni hadisədən bir neçə saat sonra saxlayıblar.
Cinayətin silahı - bıçaq maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin birinci hissəsi ilə aparılır.

Cinayət 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər