04 
Mar
2023
09:20
435

Qar və buzla əlaqədar bu yollarda nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stefantsminda-Larsi avtomobil yolunun Qudauri (Post)-Kobi hissəsində qar uçqunu təhlükəsi yüksəkdir və bu səbəbdən sözügedən hissədə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti yayıb.

"Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Mleta-Qudauri hissəsində nəqliyyatın hərəkəti dayanmadan həyata keçiriləcək", - məlumatda qeyd olunub.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamentinin məlumatına görə, Xaişi-Uşquli hissəsində yüngül avtomobillərin hərəkəti üçün xüsusi rejim yaradılıb.

Qar və buzla əlaqədar olaraq Zuqdidi-Jvari-Mestiya-Lasdili avtomobil yolunun km70-km186-cı hissəsində (Xaişi-Uşquli) qoşqu, yarımqoşqu və tutumu 30 yerdən çox olan avtobusların hərəkəti qadağan edilib, yüngül avtomobillərin hərəkətinə zəncirlərdən istifadə etməklə hərəkətinə icazə verilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər