03 
Mar
2023
14:41
407

Dünən keçirilən aksiya zamanı saxlanılan şəxslərdən 7 nəfər azad edilib

"Xarici təsir agentləri" haqqında qanun layihələri ilə bağlı davam edən aksiya zamanı saxlanılanlardan 7 nəfər azad edilib, 29 nəfər isə inzibati cəza ilə həbsdədir.

InterPress.ge xəbər  verir, Tbilisi Şəhər Məhkəməsi saxlanılanlara qarşı inzibati cərimə tətbiq edilməsini müzakirə edir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bütün şəxslər İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü, yəni xırda xuliqanlıq və polisə müqavimət göstərmə maddələri ilə saxlanılıb.

Bizimlə əlaqə saxlayın