03 
Mar
2023
10:34
271

2021-2022-ci illərdə qanunsuz əczaçılıq fəaliyyət ilə bağlı neçə fakt aşkar edilib?

Son 2 ildə qanunsuz əczaçılıq fəaliyyəti ilə bağlı 260 fakt aşkar edilib, 250 124 ədəd narkotik vasitə və psixotrop maddələr götürülüb.

InterPress.ge xəbər verir ki, bu barədə Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyindən “İnterpress News”a məlumat verilib.

Məlumata görə, qeyd olunanlarla yanaşı, 2021-ci ildə birinci qrupa aid olan əczaçılıq məhsullarının müəyyən edilmiş qanuni dövriyyəsi qaydalarının pozulmasına görə 25, 2022-ci ildə isə 40 inzibati xəta haqqında protokol tərtib edilib.

2021-ci ildə “Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi” tərəfindən qanunsuz əczaçılıq fəaliyyətinin aparılması faktı üzrə 107 inzibati xəta protokolu tərtib edilib, qeyd olunan faktlara əsasən isə 44 469 ədəd birinci qrupa aid olan əczaçılıq məhsulları müsadirə edilib (götürülüb).

Bundan başqa, birinci qrupa aid əczaçılıq məhsullarının müəyyən edilmiş qanuni dövriyyəsi qaydalarının pozulmasına görə 25 inzibati xəta protokolu tərtib edilərək 6746 ədəd birinci qrupa aid olan əczaçılıq məhsulları götürülüb.

Müvafiq olaraq, 2021-ci ildə birinci qrupa aid cəmi 51 215 ədəd əczaçılıq məhsulu ələ keçirilib.

2022-ci ildə Dövlət Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən qanunsuz əczaçılıq fəaliyyəti faktı üzrə 153 inzibati xəta protokolu tərtib edilib. Birinci qrupa aid olan 55 174 ədəd əczaçılıq məhsulu müsadirə edilib (götürülüb).

Birinci qrupa aid olan əczaçılıq məhsulunun müəyyən edilmiş qanuni dövriyyəsi qaydalarının pozulması faktları üzrə 40 inzibati xəta protokolu tərtib edilib, 143 735 ədəd birinci qrupa aid olan əczaçılıq məhsulu götürülüb.

Ümumilikdə 2022-ci ildə birinci qrupa aid 198 909 ədəd əczaçılıq məhsulu götürülüb (müsadirə edilib)", - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər