Parlament qarşısında aksiya başlayıb
Gürcüstan parlamenti ərazisində aksiya keçirilir. Mitinqdə vətəndaş sektorunun və müxalif siyasi partiyaların nümayəndələri də iştirak edir.
Aksiya iştirakçıları “Xalq gücü”nün agentlər haqqında qanun layihəsinə etiraz edirlər.
Mitinq iştirakçıları “Rusiya hökumətinə lənət olsun!” şüarları səsləndirirlər.
Polis hadisə yerinə səfərbər olunub.
Mitinq iştirakçılarından olan İrakli Pavlenişvilinin sözlərinə görə, mitinqlər və etirazlar davamlı olacaq. O, növbəti etiraz aksiyasını bazar ertəsinə elan edib.
Məlumat üçün bildirək ki, parlamentdə “Agentlər haqqında” qanun layihələri müzakirəyə çıxarılarkən fiziki qarşıdurma olub. Adıçəkilən qanun layihələrinin müzakirəsinə başlanılmalı olan iki komitənin birgə iclasına qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər buraxılmayıb. Parlamentə gələn vətəndaşlar komitənin iclas zalına daxil olmağı tələb edib və bunun ardınca fiziki qarşıdurma baş verib.


