Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Gürcüstanda bu məhsullar bahalaşıb - STATİSTİKA

869
Gürcüstanda bu məhsullar bahalaşıb -  STATİSTİKA
Dinləmək üçün basın

Tərəvəz və bağça məhsulları 25,8 faiz, çörək və çörək məhsulları 21,0 faiz bahalaşıb.

Tərəvəz və bağça məhsulları 25,8 faiz, çörək və çörək məhsulları 21,0 faiz bahalaşıb. 

InterPress.ge xəbər verir ki, bu barədə “Sakstat” məlumat yayıb.

O cümlədən, “Sakstat” fevral ayı üzrə inflyasiya göstəricilərini dərc edib, burada qeyd edilib ki, 2023-cü ilin fevral ayında əvvəlki ayla müqayisədə Gürcüstanda inflyasiyanın səviyyəsi -0,3 faiz, illik inflyasiya səviyyəsi isə 8,1 faiz təşkil edib.

“İllik inflyasiyanın formalaşmasına əsasən aşağıdakı qruplar üzrə qiymət dəyişiklikləri təsir edib:

Qida və alkoqolsuz içkilər: Qrup üzrə qiymətlər 14,0 faiz artaraq illik inflyasiyada 4,73 faiz bənd təşkil edib.

Aşağıdakı alt qruplar üzrə qiymətlər bahalaşıb: tərəvəz və bağça məhsulları (25,8 faiz), çörək və çörək məhsulları (21,0 faiz), süd, pendir və yumurta (17,2 faiz), qəhvə, çay və kakao (14,5 faiz), mineral və bulaq suları, alkoqolsuz içkilər və təbii şirələr (12,2 faiz), balıq (12,1 faiz), ət və ət məhsulları (10,2 faiz), şəkər, mürəbbə və digər şirniyyatlar (9,8 faiz). Eyni zamanda, meyvə və üzümün qiymətləri ucuzlaşıb (-0,3 faiz);

Mənzil, su, işıq, qaz: Qrupda qiymətlərdə 12,4 faiz artım qeydə alınıb ki, bu da illik inflyasiyada 1,3 faiz bənd ilə əks olunub. Alt qruplar üzrə qiymətlər artıb: mənzil üzrə faktiki vergi (38,7 faiz) və mənzilin cari istismarı və təmiri (7,4 faiz); Səhiyyə qrupunda qiymətlər 7,6 faiz azalıb ki, bu da illik indeksdə -0,79 faiz bənd ilə əks olunub. Tibb məhsulları, avadanlıq və cihazların alt qrupunda qiymətlərdə azalma (-19,2 faiz) qeydə alınıb. Eyni zamanda, ambulator tibbi xidmətlərin (13,8 faiz) və xəstəxana xidmətlərinin (8,0 faiz) qiymətləri artıb”, - məlumatda deyilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →