02 
Mar
2023
10:53
2409

Marneulinin bu küçələrində və kəndlərində işıq olmayacaq

Paylayıcı şəbəkədə planlaşdırılan bərpa işləri ilə əlaqədar bəzi abonentlərin elektrik enerjisinin verilməsi müvəqqəti olaraq məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “Energo-Pro Georgia” məlumat verib.

Şirkətdən verilən məlumata görə, martın 2-də saat 11:00-dan 16:00-dək Marneulinin Yağlıca yaşayış məntəqəsində, Rustaveli, Vaja-Pşavela, Ağmaşenebeli, Lermontov, Sverdlov, Qurbanova küçələrində və Sulxan Saba, Qurbanova, Yağlıca ərazisində işıqlar sönəcək.

Həmçinin onların məlumatına görə, martın 2-də saat 11:00-dan 16:00-dək Keşəli, Kəpənəkçi, İlməzli, Ambarovka, Algeti-şərab zavodu, Algeti, Algeti üzüm bağı, Kosalı kəndlərində enerji təchizatı müvəqqəti məhdudlaşdırılacaq. 

Bərpa işləri başa çatan kimi elektrik enerjisinin verilişi normallaşdırılacaq”, - deyə şirkətdən bildirilib.

Bizimlə əlaqə saxlayın