02 
Mar
2023
10:31
397

2023-cü ilin vahid milli imtahanlarına qeydiyyat başlayıb

2023-cü ilin vahid milli imtahanlarına qeydiyyat başlayıb - Milli Qiymətləndirmə və İmtahan Mərkəzindən verilən məlumata görə, qeydiyyat martın 2-də saat 10:00-da başlayıb və aprelin 3-ü saat 18:00-dək davam edəcək.

InterPress.ge xəbər verir ki, qeydiyyat yalnız elektron şəkildə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge saytında aparılır. 

Abituriyent məhdudiyyətsiz sayda təhsil proqramı seçə bilər.

Bu il abituriyentlərin qeydiyyat prosesi bir neçə mərhələdə aparılacaq:

Birinci mərhələdə abituriyent şəxsi məlumatlarını doldurmağa, imtahan şəhərini, keçəcəyi fənləri seçməyə və zəruri hallarda xüsusi şərti qeyd etməyə borcludur;

Abituriyentlər 13 aprel saat 18:00-dək fənni dəyişdirə və ya əlavə edə, həmçinin imtahanın dilini dəyişə bilərlər;

İmtahan verənlərin apelyasiya nəticələrinin dərc olunduğu gündən sonrakı gün saat 18:00-dək təhsil proqramlarının siyahısında dəyişiklik etmək imkanı olacaq.

Qeyd edək ki, bu gündən milli imtahanlarla yanaşı magistraturaya ümumi imtahan, eləcə də tələbə qrantı müsabiqəsinə qeydiyyat başlayıb. Proses aprelin 3-də saat 18:00-da başa çatacaq

Bizimlə əlaqə saxlayın