01 
Mar
2023
15:23
394

Peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayı artıb

2022-ci ildə peşə təhsili müəssisələrinə 14103 tələbə qəbul olunub ki, onların da 46,6 faizini qadınlar, 53,4 faizini isə kişilər təşkil edir. 

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

2021-ci illə müqayisədə tələbə qəbulu 25,9 faiz artıb.

“2022-ci ilin sonunda Gürcüstanda 94 peşə təhsili müəssisəsi fəaliyyət göstərirdi ki, onlardan 42-si dövlət, 52-si isə özəldir.

Bölgələrə görə, qeydiyyatdan keçən tələbələrin sayına görə Tbilisi şəhəri (36,7%) liderdir, daha sonra Acarıstan (19,9%), İmereti (10,0%), Sameqrelo-Zemo Svaneti (9,4%), Kaxeti (6,1%) və Kvemo Kartli (6,0%) gəlir. 2022-ci ildə xüsusi təhsilə ehtiyacı olan 263 tələbə peşə təhsili proqramlarına cəlb olunub ki, onların da 38,8 faizini qadınlar, 61,2 faizini isə kişilər təşkil edir. Bölgələr üzrə ən çox tələbə qəbulu Tbilisidə (47,5%) olub, İmereti (9,9%) isə ikinci yerdədir.

2022-ci ildə məzunların sayı 7605 tələbə olub ki, onlardan 48,8 faizi qadınlar, 51,2 faizi kişilərdir. Məzunların əksəriyyəti mühəndislik, istehsalat və tikinti (24,2%), xidmətlər (20,4%), biznes, idarəetmə və hüquq (13,8%), səhiyyə və sosial təminat (13,3%) proqramları üzrədir”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın