.jpg)
2022-ci ildə Gürcüstan hava limanları neçə sərnişinə xidmət göstərib? - STATİSTİKA
2022-ci ildə Gürcüstan hava limanları 4456,1 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq göstəricisindən 79,0 faiz çoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.
2022-ci ildə Gürcüstan hava limanları 2196,1 min sərnişin qəbul edib.
“2022-ci ildə Gürcüstanın hava nəqliyyatı ilə 178,1 min sərnişin daşınıb, sərnişin dövriyyəsinin həcmi isə 412,2 mln. sərnişin-kilometr təşkil edib.
Qeyd olunan dövrdə daşınmış sərnişinlərin sayı 94,9 faiz, sərnişin dövriyyəsinin həcmi isə ötən ilin müvafiq göstəricilərini 138,3 faiz üstələyir.
2022-ci ildə Gürcüstanın hava nəqliyyatı ilə 667,0 min ton yük daşınıb, yük dövriyyəsinin həcmi isə 1 238,0 mln. ton-kilometr təşkil edib. Ötən illə müqayisədə daşınmış yüklərin həcmi 53,7 faiz, yük dövriyyəsinin həcmi isə 52,3 faiz artıb.
2022-ci ildə Gürcüstan hava limanları 4456,1 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq göstəricisindən 79,0 faiz çoxdur. Gürcüstan hava limanları 2022-ci ildə 2196,1 min sərnişin qəbul edib (keçən illə müqayisədə 75,7 faiz çox), hava limanlarından 2260,0 min sərnişin (keçən illə müqayisədə 82,4 faiz çox) yola düşüb.