Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Marneulidə yerləşən Davit Ağmaşenebeli adına məktəb liseyinin müəllim kollektivi və valideynlər etiraz aksiyası keçirdi - FOTO/VİDEO

433
Marneulidə yerləşən Davit Ağmaşenebeli adına məktəb liseyinin müəllim kollektivi və valideynlər etiraz aksiyası keçirdi - FOTO/VİDEO
Dinləmək üçün basın

Marneulidə yerləşən Davit Ağmaşenebeli adına məktəb liseyinin müəllim kollektivi və valideynlər məktəbin bağlanması ilə bağlı verilən qərara görə etiraz aksiyası keçiriblər.

Marneulidə yerləşən Davit Ağmaşenebeli adına məktəb liseyinin müəllim kollektivi və valideynlər məktəbin bağlanması ilə bağlı verilən qərara görə etiraz aksiyası keçiriblər. 

InterPress.ge xəbər verir ki, aksiya Marneuli Resurs Mərkəzinin qarşısında keçirilib. 

Təhsil Nazirliyi məktəbin qeydiyyatının dayandırılmasına səbəb kimi məktəbdə qapalı idman zalının olmamasını göstərib ki, bu da rəhbərliyin və valideynlərin narazılığı ilə qarşılanıb.

Aksiya iştirakçıları məktəbin bağlanması ilə bağlı verilən qərarı qəbul etmədiklərini və bu qərarın dərhal ləğv olunmalı olduğunu bildiriblər. Resurs mərkəzinin yaxınlığında toplaşan məktəbin müəllim kollektivi və valideynlər Təhsil Nazirliyini siyasi təqibdə ittiham edərək, narazılıqlarını bildiriblər. Onlar Marneulidə yerləşən digər məktəblərin standartlara uyğun olmadığını və uşaqların sözü gedən məktəbdə qalmalarını istədiklərini deyirlər. 

Sonda isə məktəb rəhbərliyi bəyanat oxuyaraq verilən qərarla barışmadıqlarını və qanun çərçivəsində hər bir yola müraciət edəcəklərinin bildirərək Resurs mərkəzinə ərizə təqdim ediblər.


Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →