01 
Mar
2023
12:25
871

Qarşıdurma zamanı iki nəfəri güllələyən şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin Şida Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü N.S.-ni qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat verib.

İstintaq müəyyən edib ki, Qoridə təqsirləndirilən şəxs qarşıdurma zamanı 1990-cı il təvəllüdlü İ.K. və 1996-cı il təvəllüdlü V.Ğ.-ni odlu silahdan atəş açaraq yaralayıb. Aldığı yaralar nəticəsində İ.K. ölüb, V.Ğ. isə xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilir. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət silahını sübut kimi götürüblər.

Qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108 və 19-109-cu maddələri ilə aparılır. Cinayətlər 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın