Gürcüstanda nə qədər Rusiya vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub - bu sualla parlamentin üzvü Anna Buçukuri Baş Prokurorluğa müraciət edib.
InterPress.ge xəbər verir ki, prokurorluq bununla bağlı deputata hesabat göndərib.
Məlumatda qeyd olunub ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra, yəni 2022-ci il martın 1-dən 2023-cü il fevralın 19-dək olan müddətdə Gürcüstanda 247 Rusiya Federasiyası vətəndaşına qarşı cinayət təqibinə başlanılıb.
